Kh-47M2 Kinzhal
Х-47М2 «Kinzhal» (NATO təsnifatı — AS-24 Killjoy) — «Iskander» kompleksinin 9К729 raketi əsasında hazırlanmış, 2017-ci ildə silahlanmaya qəbul edilmiş Rusiyanın havadan buraxılan hipersəsli ballistik raket kompleksi. Raketi MiQ-31К qırıcısı daşıyır və təxminən 2000 km məsafədə yer hədəflərini vurmaq üçün nəzərdə tutulub, ənənəvi və ya nüvə döyüş başlıqları ilə təchiz oluna bilər. Bu silah Rusiya Silahlı Qüvvələri tərəfindən, xüsusilə Ukraynaya qarşı müharibədə istifadə edilib.
-
Ukrayna kəşfiyyatı Rusiyanın "Kinzhal" raketi haqqında məlumat dərc edib: 58 müəssisə, 22-si hələ sanksiyalara düşməyib
Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsi (HUR) War&Sanctions portalında Rusiyanın aeroballistik 9-S-7760 (X-47M2 "Kinzhal") raketinin interaktiv 3D modelini, komponentlərini və istehsal zəncirindəki 58 müəssisəyə aid məlumatları yayımlayıb. 22 müəssisə heç bir ölkənin sanksiyasına düşməyib. HUR bütün zəncirə qarşı sanksiyaların sinxronlaşdırılması və ixrac nəzarətinin gücləndirilməsi çağırışı edib.