Five Eyes
Five Eyes — beş ingilisdilli ölkənin — ABŞ, Böyük Britaniya, Kanada, Avstraliya və Yeni Zelandiyanın kəşfiyyat ittifaqıdır. İttifaqın əsasını 1946-cı ildə Britaniya və ABŞ arasında imzalanmış siqnal kəşfiyyatı (SIGINT) sahəsində əməkdaşlıq haqqında saziş təşkil edir; sonradan bu əməkdaşlıq digər üzvləri də əhatə etmişdir. İttifaq üzv-ölkələrin xüsusi xidmətləri arasında, xüsusilə siqnal kəşfiyyatı üzrə məlumat mübadiləsini əlaqələndirir, lakin hər ölkənin müstəqil məlumat toplama sistemləri saxlanılır. İttifaqın nə dərc olunmuş təsis müqaviləsi, nə də mərkəzi orqanı var; fəaliyyəti bir sıra hökumətlərarası razılaşmalar və daxili protokollar əsasında qurulub.
-
Barro: Ukraynanın aldığı kəşfiyyat məlumatlarının üçdə ikisi Avropadan, o cümlədən Fransadan gəlir
Fransa xarici işlər naziri Jozef-Noel Barro France Inter radiosuna müsahibəsində bildirib ki, hazırda Ukraynaya çatan kəşfiyyat məlumatlarının üçdə ikisini Avropa ölkələri, o cümlədən Fransa təmin edir. O, Avropanın Ukraynaya əsas dəstək verdiyini və Rusiyaya ən güclü təzyiqi göstərdiyini deyib, həmçinin Kremlinin və sosial media botlarının Avropa və Ukrayna cəmiyyətində ruh düşkünlüyü yaratmağa çalışdığını bildirib.