"Druzhba" oil pipeline
"Drujba" (Dostluq) neft kəməri — dünyanın ən uzun magistral neft kəmərlər sistemlərindən biri olub, 1960-cı illərdə SSRİ tərəfindən sovet neftini Şərqi Avropa ölkələrinə çatdırmaq üçün inşa edilib. O, Qərbi Sibir yataqlarından Rusiya, Belarus və Ukrayna əraziləri vasitəsilə Polşa, Çexiya, Slovakiya, Macarıstan və Almaniyadakı istehlakçılara qədər uzanır. Sistem şimal və cənub olmaqla iki əsas qoldan ibarətdir; Rusiya ərazisində "Transneft" şirkəti, Ukrayna ərazisində isə "Ukrtransnafta" şirkəti tərəfindən istismar olunur. 2022-ci ildə Rusiyanın Ukraynaya təcavüzündən sonra "Drujba" vasitəsilə Avropaya rus neftinin tranziti kəskin azalmış, kəmərin ayrı-ayrı hissələri hücumlar nəticəsində zədələnmişdir.
-
Tambov vilayətində "Drujba" neft kəməri stansiyasına dron hücumu — yanğın baş verib
Rusiyanın Tambov vilayəti Miçurinsk rayonunda "Drujba" neft kəməri sisteminin tərkib hissəsi olan "Nikolskoye" xətti istehsalat-dispetçer stansiyasına oktyabrın 19-dan 20-nə keçən gecə dronlarla hücum edilib. Hücum nəticəsində bir müəssisənin ərazisində yanğın baş verib, ilkin məlumatlara görə dizel yanacaq rezervuarı yanıb. Vilayət qubernatoru Yevgeni Perıışov xəsarət alanların olmadığını bildirib və region üzərində dörd dronun vurulduğunu açıqlayıb.