Kəndli batalyonları
Bataliony Chłopskie (Kəndli Batalyonları) — 1920-ci ildə kənd əhalisini banditizmdən qorumaq məqsədilə yaradılmış polyak yarımilitar təşkilatı. İkinci Dünya müharibəsi dövründə alman işğalı şəraitində Polşa Xalq Partiyasının (PSL) silahlı qoluna çevrilmiş və Armia Krajowa ilə yanaşı əsas müqavimət hərəkatlarından birinə çevrilmişdir. 1944-cü ildən sonra onun bölmələri kommunistlərin nəzarətindəki silahlı qüvvələrə daxil edilmiş, 1945-ci ildə isə təşkilat buraxılmışdır.
-
Ukrayna ekspedisiyası Polşada 1944-cü il kütləvi qətliamının qurbanlarının qalıqlarını aşkar edib
Ukraynalı axtarış ekspedisiyası Polşanın Lyublin voyevodalığı, Laskiv kəndindəki pravoslav qəbiristanlığında təxminən 30 cəsəd qalığı tapıb. Qalıqlar 1944-cü ilin martında Armia Krajova və Bataliony Chłopskie hissələrinin hücumu nəticəsində həlak olmuş ukraynalılara məxsusdur. Axtarış işləri Ukrayna Milli Yaddaş İnstitutunun (UINP) sifarişi ilə Lvıv Vilayət Şurasının "Dolya" kommunal müəssisəsi tərəfindən aparılır.