Alfa M
-
SBU Odessada 8 min ton oğurlanmış Ukrayna taxılının leqallaşdırılmasına kömək edən iki nəfəri saxlayıb
Ukrayna Təhlükəsizlik Xidməti (SBU) Odessada kənd təsərrüfatı məhsullarının sertifikatlaşdırılması ilə məşğul olan xarici şirkətin filialının direktorunu və tabeliyindəki laboratoriya rəhbərini saxlayıb. Onlar Rusiyanın müvəqqəti işğal altında olan şəhərdən — Mariupoldan oğurlanmış 7 857 ton Ukrayna buğdasının (dəyəri 60 milyon qrivnadan çox) mənşəyini saxtalaşdırmaqda və üçüncü ölkələrə satışına kömək etməkdə şübhələnir. Saxlanılanlara aqressor dövlətə yardımçılıq ittihamı irəli sürülüb, onlar üçün həbs qətimkan tədbiri seçilib.