Əl-Qaidə
Əl-Qaida — 1988-ci ildə sovet-əfqan müharibəsi zamanı Osman bin Laden tərəfindən qurulmuş beynəlxalq islamist terror təşkilatıdır. O, 2001-ci il sentyabrın 11-də ABŞ-a edilən hücumları təşkil edib və bununla qlobal terrorizmlə mübarizə müharibəsinə səbəb olub. Təşkilat və onun filialları bir sıra ölkələrdə böyük hücumlar həyata keçirib, o cümlədən 1998-ci ildə Keniya və Tanzaniyadakı ABŞ səfiriklərinə partlayışlar törədib. Bin Laden 2011-ci ildə öldürülsə də, Əl-Qida Ərəbistan Yarımadasındakı Əl-Qaida və İslam Mağribi ölkələrindəki Əl-Qaida kimi regional qolları vasitəsilə fəaliyyətini davam etdirir.
-
Sikorski NATO-nu Rusiyanın potensial hibrid hücumlarına ölümlə cavab hazırlamağa çağırıb
Polşanın xarici işlər naziri Radosław Sikorski Financial Times-a müsahibəsində NATO ölkələrini Rusiyaya məxsus ola biləcək hibrid hücumların ölümlə nəticələnməsi ehtimalına hazır olmağa və qəti cavab hazırlamağa çağırıb. O, Rusiya konsulluqlarının bağlanmasını, Rusiya diplomatlarının hərəkətinin məhdudlaşdırılmasını, Aİ-yə daxil olan bütün rusiyalılar üçün biometrik pasport tələbini və rusiyalılara turist vizalarının sayının azaldılmasını təklif edib.